XƏBƏR
11:07

  Dövlət müstəqilliyinin şərəfinə on minlərlə insan meydanda birləşdi!

Gündəm

Xəbər lenti

Müstəqillik hər bir dövlətin, hər bir xalqın həyatında vacib amildir. Agyol.az xəbər verir ki, Müstəqilliyinin 28-ci ilini yaşayan Azərbaycanın Dövlət Müstəqilliyinə həsr olunan konsertdə on minlərlə insan bir araya gələrək bu bayramın sevincini birlikdə qeyd edib.

Heydər Əliyev Mərkəzinin parkında təşkil olunan konsertdə estrada ulduzları, gənclərin sevimli müğənniləri-Murad Arif, Röya, Miri Yusif, EMİN, Ellai, Elman, BahhTee hit mahnılarını səsləndirib. “Natiq” ritm qrupu və “Mirvari” rəqs qrupunun “Qarabağ” kompozisiyası ilə başlayan konsert “Azərbaycanım” mahnısı ilə başa çatıb.

Konsert insanların, xüsusilə gənclərin çoşqusu ilə, doğma Azərbaycanı vəsf edən mahnıların izdihamla səsləndirilməsiylə və iştirakçıların müstəqil Azərbaycanımızın Prezidentinə, xalqımıza səmimi təbrikləri ilə yadda qalıb!




  Yayım tarixi :21 Oktyabr 2019   11:07

 








Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .