XƏBƏR
23:04

  Ağ Yol Vətəndaş Hərəkatı radikal müxalifətin oktyabrın 19 da icazəsiz aksiya çağırışlarına münasibət açıqladı.

Gündəm

Xəbər lenti

Radikal müxalifət növbəti dəfə uğursuzluğa düçar oldu.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müxalifət mitinqi üçün müvafiq ərazi ayrılmasına baxmayaraq, ölkədə ictimai siyasi sabitliyi pozmağa yönəlmiş, razılaşdırılmamış 19 oktyabr mitinqi növbəti dəfə iflasa uğradı. Siyasi mübarizə mədəniyyətindən uzaq olan bu radikalların əsl məqsədi sabitliyi pozmaq, dağıdıcı və radikal formada qarşıdurma yaratmaqdan ibarətdir. Şəhərin mərkəzində əhalinin həyat fəaliyyətinə ciddi ziyan vuran bir qrup adamın təxribatının qarşısı asayiş qüvvələri tərəfindən qətiyyətlə alındı. 1992-1993-cü illəri yaşayan xalqımız əmindir ki, işləri ancaq təxribatçılıqdan və dağıdıcılıqdan ibarət olan bu şəxslər heç vaxt Azərbaycanı irəli apara bilməzlər.

“Ağ Yol” Vətəndaş Hərəkatı




  Yayım tarixi :20 Oktyabr 2019   23:04

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .