XƏBƏR
13:39

  “YARAT”da “Özünü kəşf et” adlı ustad dərsləri keçiriləcək

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

Oktyabrın 22-23-də “YARAT” Müasir İncəsənət Mərkəzində böyüklər üçün “Danışır Bakı: 1900-1940-cı illər” sərgisi çərçivəsində “Özünü kəşf et” adlı ustad dərsləri keçiriləcək.

Agyol.az xəbər verir ki, “YARAT”dan bildirilib ki, “Özünü kəşf et”– yaradıcılıq ab-havası ilə dolu, yeni rəngarəng layihədir. Ustad dərsləri zamanı iştirakçılar gündəlik həyat işlərini kənara qoyub, özlərini tamamilə yaradıcılığa həsr edə biliblər.

Dost və ailə mühitində yaradıcılıq vasitəsilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsət olan ustad dərsləri hər çərşənbə, 19:00-21:00 saatlarında keçirilir. Dərslər zamanı iştirakçılar bütün ləvazimatlarla təmin olunur.




  Yayım tarixi :19 Oktyabr 2019   13:39

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .