XƏBƏR
12:42

  Prezident Mun Ce-in: Azərbaycan ilə ali səviyyəli qarşılıqlı səfərlərin reallaşdırılmasını maraqla gözləyirəm

Gündəm

Xəbər lenti

Koreya Respublikasının Prezidenti Mun Ce-in və xanımı Kim Cunq-suk Koreyada fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri üçün rəsmi qəbul təşkil edib.

Agyol.az xəbər verir ki, rəsmi qəbulda iştirak edən ölkəmizin Seuldakı səfiri Rəmzi Teymurov Prezident Mun Ce-inlə görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. O, Koreya Respublikası Milli Assambleyasinın sədri Mun He-sanqın Azərbaycana səfərinin uğurla həyata keçdiyini, səfər zamanı ikitərəfli və çoxtərəfli formatda əlaqələrin inkişafına töhfə verəcək mühüm məsələlərin müzakirə edildiyini bildirib. Səfir, həmçinin Azərbaycan və Koreya Respublikası arasında dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərinin vacibliyini diqqətə çatdırıb.

Koreya Respublikası Prezidenti Mun Ce-in öz növbəsində onun da salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib. O, Azərbaycan ilə ali səviyyəli qarşılıqlı səfərlərin reallaşdırılmasını maraqla gözlədiyini bildirib.

Rəsmi qəbulda çıxış edən Prezident Mun Ce-in Koreya yarımadasında davam edən nüvəsizləşdirmə prosesinə dair sülhə istiqamətləndirilmiş danışıqların gələcəkdə öz bəhrəsini verməsi üçün diplomatik korpusun və beynəlxalq ictimaiyyətin dəstəyinin vacibliyini vurğulayıb.

Tədbirdə Koreya Respublikasındakı səfirlər və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri, hökumət və parlament üzvləri, prezident administrasiyasının rəsmiləri iştirak ediblər.




  Yayım tarixi :19 Oktyabr 2019   12:42

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .