XƏBƏR
11:17

  BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək

Gündəm

Xəbər lenti
21 Noyabr 10:33Ronaldu evləndi
20 Noyabr 15:15Maradona klubdan qovuldu

BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande oktyabrın 22-də Azərbaycana səfər edəcək.

Agyol.az xəbər verir ki, Bakıda keçiriləcək Qoşulmama Hərəkatı təşkilatının dövlət və hökumət başçılarının sammitində iştirak üçün Azərbaycanda gələcək.

T.Məhəmməd-Bande sammit çərçivəsində keçiriləcək birinci gənclər sammitində iştirak edən 40-dan çox ölkənin gəncləri ilə görüşəcək.

Bundan başqa, Baş Assambleya prezidenti Azərbaycan hökumətinin yüksəkvəzifəli nümayəndələri ilə görüşəcək, oktyabrın 24-də BMT Günü münasibətilə ADA akademiyasında məruzə ilə çıxış edəcək və BMT layihələrinin reallaşdırılması ilə tanış olacaq.

Səfər oktyabrın 26-da başa çatacaq.




  Yayım tarixi :19 Oktyabr 2019   11:17

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .