XƏBƏR
17:10

  MSK sədri: Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı heç bir maneə yoxdur

Gündəm

Xəbər lenti
Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı heç bir maneə görmürük.
Agyol.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, seçkilərin keçirilməsi sahəsində Azərbaycanın geniş təcrübəsi var. O qeyd edib ki, bələdiyyə seçkiləri ilə bağlı bütün müvafiq tədbirlər, o cümlədən maarifləndirmə işləri lazımi qaydada həyata kerçiriləcək. M.Pənahov əlavə edib ki, seçkilərlə bağlı bütün əhəmiyyətli məqamlar KİV tərəfindən cəmiyyətə çatdırılır.
Qeyd edək ki, bu il Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.




  Yayım tarixi :18 Oktyabr 2019   17:10

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .