XƏBƏR
12:00

  Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kubokunda 300-dən artıq idmançı çıxış edəcək

Gündəm

Xəbər lenti

Qazax Olimpiya İdman Kompleksində alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kuboku yarışları keçiriləcək.

Agyol.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin illik təqvim planına uyğun olaraq keçirilən yarışda alpaqutçular aypara, batur, caymaz və qurşaq növlərində qüvvələrini sınayacaqlar.

Turnirdə ölkənin 30-dan artıq komandasını təmsil edən bütün yaş qrupları üzrə 300-dən çox idmançı birincilik uğrunda yarışacaq.

Oktyabrın 19-da yarışın rəsmi açılış mərasimi keçiriləcək.

Yarışda fərqlənən idmançılar diplom, medallar və kubokla mükafatlandırılacaqlar.




  Yayım tarixi :18 Oktyabr 2019   12:00

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .