XƏBƏR
10:28

  İsveçrənin geniş tərkibli nümayəndə heyəti Azərbaycana səfər edəcək

Gündəm

Xəbər lenti
Əsasən fransızdilli kantonlardan ibarət Qərbi İsveçrənin aparıcı şirkətlərinin rəhbərlərindən ibarət geniş tərkibli heyət Azərbaycana səfər edəcək.
Agyol.az xəbər verir ki, Azərbaycanın İsveçrədəki Səfirliyindən verilən məlumata görə, oktyabr ayının 20-dən 22-dək davam edəcək səfər zamanı nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirəcək, eləcə də Azərbaycan şirkətlərinin nümayəndələri ilə işgüzar danışıqlar aparacaq.
Nümayəndə heyətinin tərkibinə İsveçrənin enerji, infrastruktur , bank və səhiyyə sahələrində fəaliyyət göstərən şirkətlərin rəhbərləri daxildir. Səfər Azərbaycan və İsveçrə sahibkarları arasında yeni ticarət və işgüzar əlaqələrin qurulması məqsədi daşıyır. Səfər çərçivəsində həmçinin ölkəmizin həyata keçirdiyi irimiqyaslı enerji və infrastruktur layihələrində İsveçrə şirkətlərinin iştirakının dəstəklənməsi imkanlarının müzakirəsi planlaşdırılır.
Məlum olduğu kimi, Cenevrənin də daxil olduğu Qərbi İsveçrə regionu neft başda olmaqla bir sıra enerji məhsulları və xammalın marketinqində mühüm rol oynayır.




  Yayım tarixi :18 Oktyabr 2019   10:28

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .