XƏBƏR
17:15

  Vahid məktəbli forması ilə bağlı bir neçə nümunənin təsdiqi gözlənilir - Nazir

Gündəm

Xəbər lenti

Nazirlər Kabinetinin vahid məktəbli formasının tətbiqi ilə bağlı qərarında bir neçə nümunənin təsdiqi gözlənilir.

Agyol.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən müxtəlifçeşidli, ancaq mütəxəssislər tərəfindən peşəkar formada hazırlanan, tam standartlara cavab verən bir neçə dizayn təsdiq olunacaq. Ümumtəhsil məktəbləri valideynlərlə birlikdə həmin dizaynların arasından seçim apara biləcəklər:

"Ayrı-ayrı məktəblərdə vahid formanın olması nəzərdə tutulub. Ancaq bu, o demək deyil ki, bütün ölkə ərazisində yalnız bir nümunədən istifadə olunmalıdır. Nazirlər Kabinetinin qərarında bir neçə nümunənin təsdiqi gözlənilir”.




  Yayım tarixi :17 Oktyabr 2019   17:15

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .