XƏBƏR
11:54

  "Danışıqlar barədə yox, görüş haqqında danışırıq" - Elmar Məmmədyarov

Gündəm

Xəbər lenti

“Tərəflər irəli getmək və həqiqətən bu münaqişənin siyasi həllini istəyirlərsə, onda substantiv danışıqlara başlamaq lazımdır”.

Agyol.az xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiyanın "İzvestiya" nəşrinə müsahibəsində deyib.

"Sonuncu dəfə bir ay əvvəl ABŞ-da görüşdük. Artıq demişəm, təəssüf ki, danışıqlar barədə yox, görüş haqqında danışmalı oluruq. Ermənistanlı həmkarımla son belə görüş Nyu-Yorkda Minsk qrupunun iştirakı ilə olsa da, düzünü deyim ki, o görüş məni bir az məyus etdi”, - E.Məmmədyarov bildirib.

Onun sözlərinə görə, 2008-ci ildə Madrid sənədində, ardından 2010-cu ildə onun yenidən işlənmiş variantında, daha sonra isə Kazan sənədində göstərilən hər şey işlənir, amma prinsipcə danışıqlar üçün əsas olaraq qalır.

"Hər dəfə həmsədrlərimizə deyirik: biz heç yerə yox olmayacağıq, oturub bu gün masada olan sənəd əsasında Yerevanla əsaslı şəkildə danışıqlar aparmaq lazımdır”, - nazir qeyd edib.




  Yayım tarixi :17 Oktyabr 2019   11:54

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .