XƏBƏR
15:22

  “Soyqırımı görmək istəyirsinizsə, Qarabağda baş verənlərə baxın” - Ərdoğan

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq
Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxış edən Türkiyə Prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğan ölkəsinə və xalqına qarşı ayrı-seçkilik edən qüvvələri kəskin qınayıb.
Agyol.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində həyata keçirdiyi antiterror əməliyyatının mahiyyətindən bəhs edən Prezident diqqətə çatdırıb ki, türklər tarixin heç bir dövründə dinc əhaliyə qarşı zorakılıq həyata keçirməyib: “Soyqırımı görmək istəyirsinizsə, Suriyanın Hələbindən İdlibinə, Hasəkəsindən Rakkasına, Deyrizorundan Derasına qədər Türkiyənin ayaq basmadığı yerlərə baxın. Qətliam görmək istəyirsinizsə, Əfqanıstana, Arakana, Qafqazdakı Dağlıq Qarabağa və Balkan yarımadasındakı Bosniyaya baxın. Soyqırmı görmək istəyirsinizsə, Türkiyənin müdaxiləsindən əvvəlki Kiprə baxın, demək olar ki, hər gün küçələrdə günahsız insanların qətlə yetirildiyi Fələstinə birbaşa baxın. Əsasən də soyqırımı görmək istəyirsinizsə, güzgünün qarşısına keçin və tarix boyu əllərinizə bulaşmış günahsız qanlara baxın. Türkiyə bu mövzuda əsla ittiham edilə biləcək bir ölkə deyil”.
Türkiyənin daxili və xarici siyasəti ilə bağlı bəzi məqamlara toxunan Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında oktyabrın 15-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşünə geniş yer ayırıb. Prezident diqqətə çatdırıb ki, Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşü təşkilatın coğrafiyasının genişlənməsi və qəbul etdiyi mühüm qərarlar baxımından tarixi əhəmiyyətə malikdir.
Gündəlikdə olan aktual mövzular barədə fikir və mülahizələrini bölüşən dövlət başçısı Suriya böhranı, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatının uğurla davam etdirildiyini diqqətə çatdıraraq vurğulayıb ki, terrorçuların kökü kəsilənə qədər bu mübarizə davam etdiriləcək.




  Yayım tarixi :16 Oktyabr 2019   15:22

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .