XƏBƏR
15:15

  İdmançılarımız beynəlxalq turnirdə uğurla çıxış ediblər

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

Estoniyada keçirilən kapoeyra üzrə beynəlxalq turnir və referee kursunda Azərbaycan idmançıları yüksək nəticə əldə ediblər.

Agyol.az xəbər verir ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə ezamiyyə edilən Kapoeyra Federasiyasının vitse prezidenti Nahid Ağazadə və baş məşqçi Elgiz Əlizadənin rəhbərliyi ilə komandamız 3 qızıl (Nahid Ağazadə, Xuraman Ramazanova, Fəxri Məhəmmədlizadə), 1 gümüş ( Fərid Allahverdiyev) və 1 bürünc (Vüsal Babayev) medal qazanıb.

Kiçik yaş qrupunda idmançımız Fəxri Məhəmmədəlizadə finala gedən yolda erməni əsilli rus idmançısını məğlub edib. Bundan əlavə, 4 məşqçimiz (Nahid Ağazadə, Elgiz Əlizadə, Oxçu Şahmuradov, Zahid Rüstemov) beynəlxalq dərəcəli hakim adını qazanıb.




  Yayım tarixi :16 Oktyabr 2019   15:15

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .