XƏBƏR
12:59

  Bu il Azərbaycana 40 minə yaxın avtomobil gətirilib

Gündəm

Xəbər lenti
21 Noyabr 10:33Ronaldu evləndi
20 Noyabr 15:15Maradona klubdan qovuldu
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 30.908 ədəd müxtəlif təyinatlı avtomobil idxal edilib.
Agyol.az ın məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14.526 ədəd və yaxud 88,7 faiz (2 dəfəyə yaxın) çoxdur.
Dövlət Gömrük Komitəsinin statistik göstəricilərinə əsasən, son bir ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 261 ədəd və ya 3,4 dəfə artaraq 371 ədəd, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 13.145 ədəd və ya 1,9 dəfə artaraq 27.825 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 1.090 ədəd və ya 1,7 dəfə artaraq 2.597 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 30 ədəd və ya 1,35 dəfə artaraq 115 ədəd olub.




  Yayım tarixi :16 Oktyabr 2019   12:59

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .