XƏBƏR
12:19

  Vladimir Putin Rəcəb Tayyib Ərdoğanı Rusiyaya səfərə dəvət edib

Gündəm

Xəbər lenti
Rusiya lideri Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yaxın günlərdə Rusiyaya işgüzar səfərə dəvət edib.
Agyol.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına əsasən, Rəcəb Tayyib Ərdoğan dəvətə müsbət cavab verib.
Dövlət başçıları arasında telefon danışığı oktyabrın 15-də Türkiyənin təşəbbüsü ilə baş tutub. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Suriya münaqişəsinin siyasi nizamlanması prosesinin davam etdirilməsi və oktyabrın sonlarında Cenevrə şəhərində BMT-nin rəhbərliyi altında Konstitusiya Komitəsinin çağırılmasına dəstək vermək barədə razılığa gəliblər.
Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında terrorçulardan təmizlənmiş bufer zonasının yaradılması üçün “Sülh çeşməsi” əməliyyatına başlayıb. Ankara, həmçinin sərhədyanı ərazilərdə suriyalı qaçqınları yerləşdirmək fikrindədir.




  Yayım tarixi :16 Oktyabr 2019   12:19

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .