XƏBƏR
12:12

  Dmitri Solonnikov: Azərbaycan Prezidenti Aşqabadda faşizmin qəhrəmanlaşdırılması məsələsində vurğuları düzgün qoyub

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq
Azərbaycanın dövlət başçısı İlham Əliyevin MDB rəhbərlərinin sammitində toxunduğu nasist cinayətkarların, xüsusilə də Qaregin Njdenin heykəli nümunəsində qəhrəmanlaşdırılması problemi çox aktual və əsaslıdır.
Agyol.az xəbər verir ki, bunu  rusiyalı ekspert Dmitri Solonnikov deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti Aşqabadda faşizmin qəhrəmanlaşdırılması məsələsində vurğuları düzgün qoyub:
“Nasist Almaniyası ilə fəal əməkdaşlıq etmiş Qaregin Njdeyə heykəl qoyulması dövlət səviyyəsində keçirilib, onun xatirəsinin yaşadılması da bilavasitə Ermənistan Respublikası tərəfindən dəstəklənir. Hər bir xalq anacağı, fəxr edəcəyi qəhrəmanı özü seçir. Amma ən vacibi odur ki, ölkənin obrazının və qonşuların münasibətinin necə olacağı bu seçimdən asılı olacaq. Ona görə hər bir xalq öz seçimini edir. Bütün postsovet məkanında Böyük Vətən müharibəsinin iştirakçılarına münasibət birmənalı deyil. Baltikyanı ölkələrin radikal mövqeyini qeyd etmək olar. Bu ölkələrdə SS qoşunlarının qələbələri qeyd olunur, Qırmızı Ordunun qələbə günləri isə matəm hesab edilir. Analoji hal son illərdə Ermənistanda da müşahidə olunur”.




  Yayım tarixi :16 Oktyabr 2019   12:12

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .