XƏBƏR
15:39

  Ərdoğanın Türk Şurası Sammitindəki Qarabağ çıxışı - “Ən qısa müddət ərzində…”

Gündəm

Xəbər lenti

“Azərbaycanın öz torpağı olan Dağlıq Qarabağ və ətraf rayonların Ermənistanın işğal altında olması 1 milyondan çox insanı evlərindən uzaqda məcbur köçkünə çevirib. BMT Baş Məclisində dediyim kimi, bu, qəbuledilməz vəziyyətdir”.

Agyol.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Türk Şurasının VII Zirvə Görüşündə deyib.

“Dağlıq Qarabağ münaqişəsinin ən qısa müddət ərzində sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunması üçün əlimizdən gələn dəstəyi verməyə davam edəcəyik”, – deyə Türkiyə Prezidenti qeyd edib.




  Yayım tarixi :15 Oktyabr 2019   15:39

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .