XƏBƏR
15:29

  Özbəkistan Prezidenti: “Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır”

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

“Siz Özbəkistanın həmişə – əvvəllər də, indi də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bilirsiniz və Siz buna əmin olmalısınız. Bu, bizim səmimi arzumuzdur. Çünki Azərbaycanın ərazi bütövlüyü çox mühümdür”.Bu sözləri Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Özbəkistan Prezidenti Şövkət Mirziyayev söyləyib.

 

Özbəkistan Prezidenti “Hər şey sülh yolu ilə olmalıdır, Birləşmiş Millətlər Təşkilatının bütün qərarları yerinə yetirilməlidir. Biz bunu həmişə dəstəkləmişik və gələcəkdə də mütləq dəstəkləyəcəyik. Çünki bu, bizim qardaş Azərbaycanla bağlı niyyətimizdir” – deyib.

 

Qeyd edək ki, Özbəkistan Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsini hər zaman vurğulayır.

 




  Yayım tarixi :15 Oktyabr 2019   15:29

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .