XƏBƏR
14:41

  Azərbaycan və Özbəkistan arasında startaplar, innovasiyalar, yüksək texnologiyalar sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub

Gündəm

Xəbər lenti

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə ölkəmizdə səfərdə olan Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Umurzakov Sardor arasında görüş keçirilib.

Agyol.az xəbər verir ki, Nazirlikdən bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş tutan görüşdə iki ölkə arasında telekommunikasiya, informasiya texnologiyaları, startaplar, innovasiyalar, yüksək texnologiyalar sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda, ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.




  Yayım tarixi :15 Oktyabr 2019   14:41

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .