XƏBƏR
11:13

  Prezident İlham Əliyev Yaponiyanın Baş Nazirinə başsağlığı verib

Gündəm

Xəbər lenti

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş Naziri Şinzo Abeyə başsağlığı məktubu ünvanlayıb.

Başsağlığında deyilir: "Hörmətli cənab Baş Nazir,

Ölkənizdə baş vermiş “Hagibis” tufanı nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yaponiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".




  Yayım tarixi :15 Oktyabr 2019   11:13

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .