XƏBƏR
10:20

  PƏRVANƏ ƏHMƏDOVADAN MÜXALİFƏTƏ: "ALO, BƏSDİRİN. MƏNİ ÖZ OYUNLARINIZA ALƏT ETMƏYİN"

Gündəm

Xəbər lenti

Əziz dostlar,

 

Yəqin ki, bu xanımı tanıdınız. Bu xanım Pərvanə Əhmədovadır. Hansı ki, müxalifət - Sevinc Osmanqızı, Qənimət Zahid, Əli Kərimli onu "qəhrəmanlaşdırmaqla" üzərindən siyasi oyunlar qururdular. Biz isə dəfələrlə bildirirdik ki, xanımı siyasi oyunlarınıza alət etməyin.

 

Buyurun, Pərvanə Əhmədova artıq özü dilə gəlib və videomüraciət yayıb. O, bildirib ki, ona heç kəs təzyiq etmir və sonra belə deyib: "Alo, bəsdirin. Məni öz oyunlarınıza alət etməyin".

 

Xatırladaq ki, ötən həftə Qənimət Zahid və Əli Kərimli canlı efirdə Pərvanə xanımın evinə 3-4 maşın getdiyini və ona təzyiqlər edildiyini deyirdilər. Amma Pərvanə Əhmədova özü şəxsən Əli Kərimlini və Qənimət Zahidi yalanladı...

 

P.S. Nə qədər ifşa faktı lazımdır ki, Əli Kərimli və Qənimət Zahid utansın? Меньше




  Yayım tarixi :15 Oktyabr 2019   10:20

 








Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .