XƏBƏR
14:15

  İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

Gündəm

Xəbər lenti

İsveçin paytaxtı Stokholmda 2019-cu ilin Nobel həftəsi çərçivəsində sonuncu kateqoriya üzrə mükafatlar sahiblərini tapıb.

Agyol.az ın məlumatına görə, iqtisadiyyat üzrə Nobel mükafatına hindistanlı Abicit Banerci, fransalı Ester Düflo və amerikalı Maykl Kremer layiq görülüb.

Onlar qlobal yoxsulluqla mübarizə ilə bağlı səylərinə görə mükafat alıb.

Qeyd edək ki, tibb, fizika, kimya, ədəbiyyat və sülh üzrə Nobel mükafatları dekabrın 10-da, Alfred Nobelin ölümünün ildönümündə qaliblərə təqdim olunacaq.




  Yayım tarixi :14 Oktyabr 2019   14:15

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .