XƏBƏR
12:18

  Maqnit qasırğası gözlənilir?

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

Son günlər hava şəraiti metohəssas insanların səhhəti üçün heç bir problem yaratmayıb. Agyol.az ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit keçib.

14-16 oktyabr tarixlərində də Günəş fəallığının çox aşağı səviyyədə qalacağı bildirilib.

Məlumata görə, proqnoz dövründə geomaqnit sahədə ümumən sakitlik, lakin qısa fasilələrlə ilk iki gün ərzində fəal şərait müşahidə oluna bilər. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk gün (14 oktyabr) 5%-dən, qalan iki gün isə (15, 16 oktyabr) 1%-dən aşağı qiymətləndirilir.




  Yayım tarixi :14 Oktyabr 2019   12:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .