XƏBƏR
10:47

  Bakıda Türk Şurası ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir

Gündəm

Xəbər lenti
Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir.
Agyol.az ın məlumatına görə, ilk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir.
Qeyd edək ki, Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.
Türk Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan daxildir.
Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin altı iclası baş tutub.




  Yayım tarixi :14 Oktyabr 2019   10:47

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .