XƏBƏR
17:06

  NATO-nun Baş katibi Türkiyəyə səfər edib

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

Oktyabrın 11-də NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyəyə səfər edib.


Agyol.az xəbər verir ki, Şimali Atlantika Alyansının Baş katibi İstanbulda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

İstanbulun Dolmabaxça Sarayında baş tutan görüş mətbuata qapalı şəkildə keçirilib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində başladığı "Sülh çeşməsi" (Barış Pınarı) antiterror əməliyyatı NATO-Türkiyə münasibətlərində ən aktual mövzuya çevrilib.




  Yayım tarixi :11 Oktyabr 2019   17:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .