XƏBƏR
12:18

  Veteran cüdoçumuz Fərhad Rəcəbli doqquzuncu dəfə dünya çempionu olub

Gündəm

Xəbər lenti

Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatında Azərbaycan cüdoçusu uğurla çıxış edib.


Agyol.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından  verilən məlumata görə, veteran cüdoçumuz Fərhad Rəcəbli M-7 kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Bu, idmançımızın usta cüdoçular arasında qazandığı doqquzuncu çempionluqdur.

Qeyd edək ki, veteranlar arasında dünya çempionatı oktyabrın 10-da start götürüb. Yarışda 12 cüdoçumuz mübarizə aparır. Dünyanın 49 ölkəsindən 1100-dən artıq idmançının gücünü sınadığı dünya çempionatına oktyabrın 13-də yekun vurulacaq.




  Yayım tarixi :11 Oktyabr 2019   12:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .