XƏBƏR
11:43

  Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib

Gündəm

Xəbər lenti

Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.

Agyol.az xəbər verir ki, Prezidentin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamladı.

Sonra birgə foto çəkdirildi.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qonaqları salamladı və iclasın işinə uğurlar arzuladı.

Daha sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Şuranın iclasının gündəliyi barədə məlumat verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış etdi.




  Yayım tarixi :11 Oktyabr 2019   11:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .