XƏBƏR
15:54

  Bakıda 7 kilometrlik velosiped yolunun yaradılması üzrə işlər başlayıb

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

Bakıda Puşkin küçəsinin bir hissəsində (100-150 metr) 7 kilometrlik velosiped yolunun yaradılması üzrə işlər başlayıb.

Agyol.az ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu işlər başa çatdıqdan sonra velosiped yolu layihəsinə Bakının mərkəzi küçə və prospektləri qatılacaq:

“Bura Bülbül prospekti, eləcə də Dənizkənarı Milli Park istiqamətində digər küçələr daxil olacaq”.

M.Ağayev əlavə edib ki, velosipedçilər üçün xüsusi park yerlərinin yaradılması da nəzərdə tutulur. Bu cür yer ilk olaraq “Koroğlu” nəqliyyat mübadilə mərkəzində yaradılacaq.




  Yayım tarixi :10 Oktyabr 2019   15:54

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .