XƏBƏR
16:59

  Dağlıq Qarabağa qanunsuz səfər edən almaniyalı jurnalistin adı "qara siyahı"dan çıxarılıb

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

Almaniya vətəndaşı Silvia Stöber Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Agyol.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, məktubunda Silvia Stöber Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir və işğal edilmiş ərazilərə sözügedən səfəri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadığını bildirir.

Həmçinin müraciətində o, səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu qeyd edib.

Almaniya vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.




  Yayım tarixi :09 Oktyabr 2019   16:59

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .