XƏBƏR
14:52

  Yazıçı və tərcüməçi Babaxan Şərifin 70 illik yubiley tədbiri və “Özbəkistan-Azərbaycan lüğəti”nin təqdimatı keçirilib

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

Oktyabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində Özbəkistan Yazıçılar Birliyinin üzvü, yazıçı, tərcüməçi, ədəbiyyatşünas alim, Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin genişləndirilməsində xidmətlər göstərmiş Babaxan Şərifin 70 illik yubiley tədbiri və “Özbəkistan-Azərbaycan lüğəti”nin təqdimatı keçirilib.


Tədbir “Kaspi” qəzeti və Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.

Agyol.az xəbər verir ki, tədbirdə “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva çıxış edərək Azərbaycan-Özbəkistan ədəbi əlaqələrindən, bu əlaqələrin dərinləşdirilməsində yazıçı, tərcüməçi, ədəbiyyatşünas alim Babaxan Şərifin səmərəli xidmətlərindən danışıb. B.Şərifin öz həyatını, taleyini büsbütün elmə, ədəbiyyata, sözə bağladığını deyən Sona Vəliyeva onun nəşr etdirdiyi kitabların, tərcümə əsərlərinin əhəmiyyətini vurğulayıb.

Mətbuat Şurasının sədr müavini Umud Rəhimov, Milli Məclisin deputatı Qənirə Paşayeva və digər çıxış edənlər də yazıçı Babaxan Şərifin iki ölkə arasında ədəbi əlaqələrə verdiyi töhfələrdən söz açıb, yubileyi münasibətilə onu təbrik ediblər. Eyni zamanda, təqdim olunan “Özbəkistan-Azərbaycan lüğəti”nin əhəmiyyəti barədə fikirlərini bildiriblər.

Tədbirdə yazıçı Babaxan Şərifə mükafatlar və hədiyyələr təqdim olunub.




  Yayım tarixi :09 Oktyabr 2019   14:52

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .