XƏBƏR
10:01

  Azərbaycan qlobal rəqabət reytinqində irəliləyib (YENİLƏNİB)

Gündəm

Xəbər lenti

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci yerdə qərarlaşıb.

Agyol.az ın məlumatına görə, Azərbaycan Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində 11 pillə irəliləyib.

Sinqapurun başçılıq etdiyi reytinq siyahısında Ermənistan 69-cu yerdədir.

Ümumilikdə reytinqdə 12 mövqe əks olunub. "İnstitutlar" mövqeyində Azərbaycan 49, "İnfrastruktur" mövqeyində 38, "Məhsul bazarı"nda 23, "Əmək bazarı"nda 21, "Biznesin dinamikliyi" mövqeyində isə 23-cü yeri tutub.




  Yayım tarixi :09 Oktyabr 2019   10:01

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .