XƏBƏR
16:07

  Azərbaycan milli pavilyonu «Pekin Ekspo 2019» sərgisində "Special Award"a layiq görülüb

Gündəm

Xəbər lenti
21 Noyabr 10:33Ronaldu evləndi
20 Noyabr 15:15Maradona klubdan qovuldu
Azərbaycan milli pavilyonu eksteryer-interyer konsepsiyası və dizaynına görə «Pekin Ekspo 2019» sərgisində "Special Award"a ( «Xüsusi Mükafat» - ikinci yer) layiq görülüb.

Agyol.az xəbər verir ki, Azərbaycanla yanaşı, bu mükafatı Turkiyə, BƏƏ, Belçika, Sinqapur və Niderland alıb. Birinci yer üzrə mükafatı isə Qətər, Böyük Britaniya, Almaniya və Yaponiya əldə edib.

Qeyd edək ki, «Pekin Ekxpo 2019» sərgisi aprelin 29-dan oktyabrın 7-dək davam edib.

Azərbaycan sərgidə Heydər Əliyev Mərkəzinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə milli pavilyonla təmsil olunub.
“Azərbaycan: təbiət və incəsənətin harmoniyası” (“Azerbaijan: Harmony of Nature and Art”) adlanan milli pavilyonun ümumi konsepsiyası ölkəmizin öz tarix və ənənələrinə sadiq qalaraq daim inkişafda olduğunu nümayiş etdirib.




  Yayım tarixi :08 Oktyabr 2019   16:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .