XƏBƏR
12:20

  Milli Məclis yeni Baş naziri təsdiqlədi

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

Azərbaycanın Baş naziri Novruz Məmmədov vəzifəsindən istefa verib. Onun yerinə Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov namizəd göstərilib.


Milli Məclisin bugünkü plenar iclasında Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ səsverməyə çıxarılıb.

Agyol.az xəbər verir ki, Milli Məclis Əli Əsədovu Baş nazir postuna təsdiqləyib.

Ölkə parlamenti Azərbaycan Respublikası Konstitusiyasının 118-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən bu barədə qərar qəbul edib.

Qeyd edək ki, bu günə qədər Baş nazir postunu tutan Novruz Məmmədov 2018-ci il 21 aprel tarixində təyin olunmuşdu.




  Yayım tarixi :08 Oktyabr 2019   12:20

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .