XƏBƏR
17:00

  Rusiya səfiri geosiyasi arenada Belarus, Azərbaycan və Özbəkistanın rollarının güclənməsi barədə

Gündəm

Xəbər lenti
Belarus, Azərbaycan və Özbəkistan Avropa İttifaqı, Rusiya və Çin kimi geosiyasi güc mərkəzləri arasında dialoqun qurulması üçün məkan qismində vacib rol oynaya bilər.

Agyol.az ın məlumatına görə, bunu Rusiyanın Belarusdakı səfiri Dmitri Mezentsev “Minsk dialoqu” forumunda deyib.

Səfir bildirib ki, Belarus, Azərbaycan və Özbəkistan müasir dövrdə öz yeni rollarını qabartmalı və Avrasiya inteqrasiyasının inkişafı davam etdikcə Brüssel, Moskva və Pekin arasında qarşılıqlı fəaliyyəti təmin etmək qabiliyyətində olan vacib qovşağa çevrilməlidir:

“ABŞ-ın da mövqeyini diqqətə alsaq, bu dialoq daha da məzmunlu ola bilər”.




  Yayım tarixi :07 Oktyabr 2019   17:00

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .