XƏBƏR
16:34

  Qoşulmama Hərəkatı ölkələrin gənc liderlərinin Forumu Bakıda reallaşacaq

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

Demokratik Islahatçı Gənclər İctimai Birliyi  Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət  və hökumət başçılarının XVIII Zirvə Görüşünün 2019-cu ildə Bakı şəhərində keçirilməsi ərəfəsində gənclər təşkilatlarının beynəlxalq Forumu” adlı layihənin icrasına başlayıb.


İctimai birlikdən verilən məlumata görə, layihənin əsas məqsədi, QH ölkələrinin gəncləri arasında Azərbaycanın gənclər siyasətinin, ASAN xidmət brendinin, BMT-dən sonra ən böyük beynəlxalq təşkilat sayılan bu qurumun gəncləri arasında təbliğ etməkdir: “ Biz buraya həmin ölkələrin bir hissəsinin gənclər təşkilatlarnı, gənc liderlərini dəvət etməklə, bu günün fəal gənci, gələcəyin məmuru, siyasətçisi olan bu fəallar vasitəsilə ölkəmizin uğurlu təbliğatını aparmağı hədəfləyirik.”


İki gün davam edəcək Forumda könüllük fəaliyyəti, gənclər siyasəti çərçivəsində əməkdaşlıq məsələləri müzakirə ediləcəkdir. Forumun üçüncü günü qonaqların bir sıra dövlət qurumlarında görüşlərinın keçirilməsi nəzərdə tutulur.


Xatırladaq ki, oktyabrın 21-24-ü tarixlərində reallaşacaq Forumun işində Cənubi Koreya, İordaniya, BƏƏ, İran, Küveyt, Qətər, İraq, Özbəkistan və s ölkələrin gənc liderləri qatılacaqlar.     




Demokratik İslahatçı Gənclər


İctimai Birliyi





  Yayım tarixi :07 Oktyabr 2019   16:34

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .