XƏBƏR
15:40

  Almaniya qəzeti Lüksemburqda keçirilən futbol matçındakı erməni təxribatından yazır

Gündəm

Xəbər lenti

Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetində dərc edilən məqalədə futbolda da dronla hücum təhlükəsinin olmasından söz açılır, Lüksemburqun “Düdelanj” və Azərbaycanın “Qarabağ” futbol komandaları arasında keçirilən oyunda naməlum dron vasitəsilə törədilən təxribat haqqında məlumat verilir. Agyol.az xəbər verir ki, UEFA-nın məlumatına görə şotlandiyalı hakim Con Bitonun təhlükəsizlik səbəbindən oyunun 31-ci dəqiqəsində qarşılaşmanı dayandırdığı bildirilir və UEFA-nın bu qərarı doğru hesab etdiyi nəzərə çatdırılır. Belə ki, bu vaxt erməni bayrağına oxşar bayrağın bərkidildiyi dronun qarşılaşmanın keçirildiyi meydanın üzərində uçmasının müəyyən edildiyi bildirilir. Bu səbəbdən hakimin oyunu dayandırdığı vurğulanır. UEFA-nın oyun haqqında rəsmi məlumat əldə etdikdən sonra müvafiq qərar qəbul edəcəyi qeyd olunur.

Məqalədə Ermənistanla Azərbaycan arasında uzun illərdir münaqişənin olduğu, Dağlıq Qarabağ regionunun beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazisi hesab edildiyi diqqətə çatdırılır. Münaqişənin əvvəllər də idmana təsirinin olduğu vurğulanır. Belə ki, İngiltərənin “Arsenal” futbol komandasının erməni əsilli oyunçusu Henrix Mxitaryanın may ayında Bakı şəhərində keçirilən Avropa Liqasının final oyununda “Çelsi” komandasına qarşı oyuna çıxmaqdan imtina etdiyi nəzərə çatdırılır.




  Yayım tarixi :07 Oktyabr 2019   15:40

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .