XƏBƏR
14:30

  Azərbaycan Ordusunun raket və artilleriya bölmələri döyüş atışları icra edib

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

 Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələri iriçaplı yaylım atəşli reaktiv sistemlərdən (YARS) praktiki atışlar icra ediblər.

Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, eyni zamanda səhra şəraitində müvafiq bölmələrin zabitləri ilə “Taktiki təlimlərin hazırlanması və keçirilməsi qaydaları” mövzusunda toplanış təşkil olunub.

Raket bölmələri şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərə zərbələr endirməklə qarşıya qoyulan məqsədlərə nail olublar.





  Yayım tarixi :07 Oktyabr 2019   14:30

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .