XƏBƏR
14:18

  “Baku Triathlon 2019” açıq turnirinin qalibləri müəyyənləşib

Gündəm

Xəbər lenti

Azərbaycanda triatlonun inkişafı keyfiyyətcə yeni səviyyəyə çatıb. Bakıdakı Avropa Oyunları Parkında “Baku Triathlon 2019” açıq turniri bunun növbəti təzahürlərindən biridir.


Agyol.az xəbər verir ki, həvəskar triatlonçuların iştirak etdikləri yarış Azərbaycanın triatlon idmanının tarixində yeni mərhələ olub. Gənclər və İdman Nazirliyinin və Azərbaycan Triatlon Federasiyasının (ATF) təşkilatçılığı ilə turnir sprint məsafəsi üzrə baş tutub. İştirakçılar əvvəlcə 500 metr məsafəyə üzgüçülük yarışında gücünü sınayıblar. Sonra 20 kilometr məsafəyə velosiped, 5 kilometr məsafəyə isə qaçış yarışlarında mübarizə aparıblar.

Birincilikdə Azərbaycan idmançıları ilə yanaşı, əcnəbi həvəskar triatlonçular da çıxış ediblər. ABŞ, Avstraliya, Böyük Britaniya, Fransa, Finlandiya təmsilçiləri hazırlıq səviyyələrinin heç də pis olmadığını nümayiş etdiriblər. Avstraliyalı Sara Makkey isə qadınların yarışlarında birinci yeri tutub.

Əlli iki idmançının iştirak etdiyi turnirdə Vüqar Salahov qalib gəlib. Səbuhi Səfərov gümüş, Serqan Abbasov isə bürünc medal qazanıblar. Finiş xəttinə çatmış idmançıların hamısına iştirakçı kimi medallar təqdim edilib.

Qadınların yarışında Avstraliya nümayəndəsi Sara Makkey birinci, finlandiyalı Satu-Mariya Sarkila ikinci, İstanbul marafonunun iştirakçısı Adilə Süleymanova isə üçüncü olublar.

Komanda yarışında “Cyclemania” kollektivi qalib gəlib.

Yarışın bağlanış mərasimində ATF-in prezidenti Azər Məhərrəmov turnirin əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, bu turnir respublikada triatlonun inkişafına mühüm təkan verəcək.




  Yayım tarixi :07 Oktyabr 2019   14:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .