XƏBƏR
13:56

  Kinematoqrafçılar İttifaqının təsis etdiyi “Rasim Ocaqov” təqaüdünün veriləcəyi növbəti tələbənin adı bəlli olub

Gündəm

Xəbər lenti

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət Mükafatları larueatı, kinorejissor Rasim Ocaqovun adına təsis etdiyi xüsusi təqaüdü yeni tədris ili üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində operator sənəti ixtisası üzrə ödənişli təhsil alan tələbəyə verib.

Agyol.az xəbər verir ki, Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib ki, görkəmli kinorejissorun adına olan təqaüdə İttifaqın İdarə Heyətinin qərarı ilə təhsildə və ictimai işlərdə fərqlənən, müxtəlif tədbirlərdə mükafatlar qazanan 4-cü kurs tələbəsi Yusifova Nərgiz Sadıx qızı layiq görülüb.




  Yayım tarixi :07 Oktyabr 2019   13:56

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .