XƏBƏR
12:54

  Fransanın Daxili İşlər naziri: ölkədə terror təhlükəsi səviyyəsi yüksək olaraq qalır

Gündəm

Xəbər lenti

Fransada terror təhlükəsi səviyyəsi əvvəlki kimi çox yüksək olaraq qalır.


Agyol.az xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər naziri Kristof Kastaner France Inter radiostansiyasına müsahibəsində deyib.

“Bu gün Fransada terror təhlükəsi səviyyəsi əvvəlki kimi yüksək, çox yüksək səviyyədə qalmaqdadır”, - deyə nazir bildirib. Kristof Kastanerin sözlərinə görə, ölkədə 2013-cü ildən bəri 59, cari ildə isə üç terror aktının qarşısı alınıb.

Xatırladaq ki, oktyabrın 3-də Parisin polis idarəsində qurumun 45 yaşlı əməkdaşı bıçaqla öz həmkarlarına hücum edib. Hadisə nəticəsində dörd nəfər həlak olub, daha bir polis əməkdaşı isə ciddi xəsarətlər alıb. Hücum edən şəxs polis tərəfindən güllələnərək öldürülüb.




  Yayım tarixi :07 Oktyabr 2019   12:54

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .