XƏBƏR
12:43

  Azərbaycan idmançıları muay-tay üzrə dünya çempionatında yeddi medal qazanıblar

Gündəm

Xəbər lenti
Azərbaycan idmançıları Antalyada yeniyetmə və gənclər arasında keçirilən muay-tay idmanının ifma versiyası üzrə dünya çempionatında iki qızıl, bir gümüş və dörd bürünc medal qazanıblar.

Agyol.az xəbər verir ki, mundialda Azərbaycan idmançılarından Rəvan Ağazadə (67 kq) və Musa Nuruzadə (51 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Rəvan Qasımov (54 kq) isə ancaq finalda uduzaraq gümüş medalla kifayətlənməli olub. Səlahəddin Qocazadə (36 kq), Amin Əlili (38 kq), Murad Nuruzadə (40 kq) və Ayxan Əmrahov (58 kq) isə milli komandamızın aktivinə bürünc medallar yazdırıblar.

Yarışda Azərbaycanı 16 idmançı və 2 hakim təmsil edib. Milli komandamız dünya çempionatında federasiya prezidenti Azər Həsənsoyun və böyük məşqçi Fəxri Əliyevin rəhbərliyi ilə mübarizə aparıb.

Qeyd edək ki, bu nəticə Azərbaycan muay-tayı tarixində ən böyük nəticədir.




  Yayım tarixi :07 Oktyabr 2019   12:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .