XƏBƏR
12:31

  “Jara 2020” Beynəlxalq Musiqi Festivalının tarixi açıqlanıb

Gündəm

Xəbər lenti

“Jara 2020” Beynəlxalq Musiqi Festivalının tarixi və proqramın detalları açıqlanıb.


Agyol.az xəbər verir ki, gələn il festival iyulun 29-dan avqustun 2-dək keçiriləcək.

“Jara 2020” festivalının konsepsiyasını açıqlamaqdan məmnunuq. Beş gün ərzində hər zövqə görə 5 unudulmaz proqram təqdim ediləcək. Belə ki, iyulun 29-da festivalın qala konserti olacaq. İyulun 30-da 2000-ci illərin ulduzları çıxış edəcək, həmçinin Rusiya müğənnisi Filip Kirkorovun yaradıcılıq gecəsi keçiriləcək. İyulun 31-də ötən əsrin 90-cı illərinin hitləri səsləndiriləcək və Dima Malikovun yaradıcılıq gecəsi olacaq.

Dördüncü gündə isə dünyanın hər yerindən populyar ulduzların çıxışı gözlənilir. Festivalın bağlanışı avqustun 2-nə planlaşıdırılır”, - deyə festivalın təşkilatçıları bildiriblər.

Qeyd edək ki, festival ənənəvi olaraq Bakıda, “Sea Breeze” istirahət zonasında keçirilir.




  Yayım tarixi :07 Oktyabr 2019   12:31

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .