XƏBƏR
12:14

  Karateçilərimiz Moskvadan 2 qızıl və bir bürünc medalla dönür

Gündəm

Xəbər lenti
Azərbaycan milli komandası Moskva Karate1 Premyer Liqa turnirində 3 medal qazanıb.

Agyol.az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) qızıl, Nuranə Əliyeva (-50 kq) isə bürünc mükafata sahib olub.

Meqasport Arena kompleksində Karate1 Premyer Liqa turnirləri seriyasından mövsümün altıncı mərhələsində 85 ölkədən 642 karateçi iştirak edib. Bu nəticə ilə Azərbaycan 3-cü yeri tutub.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib. Beynəlxalq hakimlərimiz Cahangir Babayevlə Anar Abdullayev final görüşləri ilə birgə, digər məsul qarşılaşmaları idarə edən hakimlər arasında olublar.

Mükafat qazanan, eləcə də medallardan kənar qalan idmançılarımızın çıxışlarından nəticələri təqdim edirik:

- 75 kq, əvvəlki döyüşləri

Rafael Ağayev

1. R.Ağayev - Yassin Sekuri (Mərakeş) - Qulam Abbas Saadi (Pakistan) 1:0

2. R.Ağayev - Rodriqo İbanez (İspaniya) 1:0

3. R.Ağayev - Matus Lieskovski (Slovakiya) 1:0

Yarımfinal

4. R.Ağayev - Bəhmən Əsgəri (İran) 2:0

Final (bazar günü)

5. R.Ağayev - Yermek Aynəzərov (Qazaxıstan) 1:0

- 68 kq, əvvəlki döyüşləri

İrina Zaretska

1. İ.Zaretska - Natalia Spiqolon (Braziliya) 1:0 (ikinci dövrə)

2. İ.Zaretska - Ketrin Pederson (Danimarka) 4:0

3. İ.Zaretska - Linqlinq Tang (Çin) 3:0

Yarımfinal

4. İ.Zaretska - Marina Pakoviç (Monteneqro) 3:0

Final

5. İ.Zaretska - Qonq Li (Çin) 5:0

-50 kq

Nuranə Əliyeva, əvvəlki döyüşləri

1. N.Əliyeva - Endo Çinatsu (Yaponiya) 3:3

2.N.Əliyeva - Lusia Kovaçikova (Slovakiya) 7:2

3. N.Əliyeva - Sara Hubriç (ALmaniya) 1:1

Təsəlliverici görüşlər

4. N.Əliyeva - Çeili Qonsales (Qvatemala) 4:0

5. N.Əliyeva - Pisard May-Li (Fransa) 7:0

Bürünc medal uğrunda görüş

6. N Əliyeva - Miho Miyahara (Yaponiya) 8:8




  Yayım tarixi :07 Oktyabr 2019   12:14

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .