XƏBƏR
14:17

  Donald Tramp Milli Təhlükəsizlik Şurasının ştatını ixtisar edir

Gündəm

Xəbər lenti

ABŞ Prezidenti Donald Tramp Milli Təhlükəsizlik Şurasının əməkdaşları ştatını xeyli ixtisar etməyi tapşırıb.


Agyol.az xəbər verir ki, personalın ixtisarı barədə qərar milli təhlükəsizlik üzrə yeni müşavir Robert Obrayenin rəhbərliyi altında xarici siyasət qurumunun daha çevik çalışmasına hesablanıb. Hazırda Milli Təhlükəsizlik Şurasının ştatı 310 nəfərə çatır, əməkdaşların sayı sabiq prezident Barak Obamanın hakimiyyəti dövründə xeyli artıb.

Robert Obrayen və Ağ ev aparatının şefi vəzifələrinin icraçısı Mik Malveyn ixtisarların bu həftədən etibarən başlayacağını və ixtisara düşən əməkdaşların digər departamentlərə - Pentaqona, Dövlət Departamentinə və xüsusi xidmət orqanlarına keçiriləcəyini bildirib.




  Yayım tarixi :05 Oktyabr 2019   14:17

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .