XƏBƏR
21:37

  Prezident İlham Əliyev Teymur Rəcəbovu təbrik edib

Gündəm

Xəbər lenti

Prezident İlham Əliyev Qrossmeyster Teymur Rəcəbova təbrik məktubu göndərib.

Agyol.az xəbər verir ki, təbrikdə deyilir: "Əziz Teymur, Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək qazandığın bu qələbə ilə Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".




  Yayım tarixi :04 Oktyabr 2019   21:37

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .