XƏBƏR
16:29

  “Qarabağ”ın futbolçusu Dani Kintana UEFA Avropa Liqasının rəmzi komandasında yer alıb

Gündəm

Xəbər lenti

UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunun oyunlarından sonra həftənin komandası açıqlanıb.


Agyol.az xəbər verir ki, “11-lik”də “Qarabağ”ın səfərdə “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi oyunda 1 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənən yarımmüdafiəçisi Dani Kintana da yer alıb. Ağdam komandasının digər qollarını Abdullah Zubir, Miçel və Riçard Almeyda vurublar.

Rəmzi komandada Plamen İliev (“Ludoqorets”, Bolqarıstan), Boli Bolinqoli (“Seltik”, Şotlandiya), Rafael Forster (“Ludoqorets”, Bolqarıstan), Evan Ndika (“Ayntraxt”, Almaniya), Kiran Tirni (“Arsenal”, İngiltərə), Məhəmməd Elyunussi (“Seltik”, Şotlandiya), Dani Kintana (“Qarabağ”, Azərbaycan), Brune Fernandeş (“Sportinq”, Portuqaliya), Qabriel Martinelli (“Arsenal”, İngiltərə), Doniell Malen (PSV, Hollandiya) və Umar Sadiq (“Partizan”, Serbiya) yer alıblar.




  Yayım tarixi :04 Oktyabr 2019   16:29

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .