XƏBƏR
16:25

  Azərbaycanda ilk dəfə budo – yapon döyüş sənətləri festivalı keçiriləcək

Gündəm

Xəbər lenti

Oktyabrın 5-də Yaponiya səfirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin əməkdaşlığı ilə Azərbaycanda ilk dəfə budo - yapon döyüş sənətləri festivalı keçiriləcək.


Agyol.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunacaq festivalda karate, cüdo, kendo, aikido, ciu-citsu, sumo kimi döyüş növlərinin nümayəndələri iştirak edəcəklər.

Budo yapon döyüş sənətlərinin birləşməsidir.

Yapon mədəniyyətini və döyüş sənətlərini təbliğ etmək məqsədi daşıyan festival ziyarətçilərinə müxtəlif döyüş sənətləri ilə tanış olmaq imkanı yaradılacaq. Festival çərçivəsində Yaponiya döyüş sənətinin altı növü - aikido, karate, kendo, cüdo, ciu-citsu və sumo təqdim olunacaq. Bununla yanaşı, festivalda digər ölkələrin müxtəlif döyüş sənətləri üzrə usta idmançılarının çıxışları da nəzərdə tutulur.

Oktyabrın 5-də açılışı olacaq festivalda Yaponiyanın mədəniyyətinin, mətbəxinin, şirkətlərinin, idman federasiyalarının və təşkilatlarının stendlərinin sərgisi təşkil ediləcək.




  Yayım tarixi :04 Oktyabr 2019   16:25

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .