XƏBƏR
10:32

  "Döyülərik, yıxılarıq, məğlub olarıq, amma..." - Qurban Qurbanov

Gündəm

Xəbər lenti

Agyol.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Düdelanj"a qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransına qatılıb.

Təcrübəli mütəxəssis oyunda baş verən erməni təxribatından söz açıb.

"Biz həmişə çalışmışıq ki, öz mədəniyyətimizi göstərək. Futbolçular da bilir ki, hansı komandanı təmsil edirlər. Bu, sadəcə qorxaqlıqdır. Fəxr edirəm ki, azərbaycanlıyam, fəxr edirəm ki, "Qarabağ"ı çalışdırıram. Biz belə təxribatlara uymalı deyilik. Biz maksimum çalışdıq ki, öz peşəkarlığımızı göstərək. Uşaqlar paltardəyişmə otağında pis olmuşdular. Onları oyuna kökləmək çətin oldu. Futbolçula təşəkkür edirəm ki, məni eşitdilər. Meydanda özlərini peşəkar apardılar. Gələcəkdə belə hadisələr yenə olacaq. Bunun özü ucuzluqdur. Biz burdan gözəl qələbə ilə dönürük.

Biz meydanı tərk etsəydik, bizim üçün problem yarana bilərdi. Biz peşəkarıq. Biz qorxaq deyilik, meydandan qaçmağı da bacarmarıq. Belə hallar ola bilər. Məğlub olsaydıq da belə, meydana qayıdıb sona qədər mübarizə aparacağdıq. Döyülə, məğlub ola, yıxıla bilərik. Amma qaçmaq bizlik deyil", - deyə "Qarabağ"ın çalışdırıcısı bildirib.





  Yayım tarixi :04 Oktyabr 2019   10:32

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .