XƏBƏR
17:42

  Rusiya XİN: ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etməyi planlaşdırır

Gündəm

Xəbər lenti

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etməyi planlaşdırırlar.

Agyol.az ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, dövlətlər arasındakı birbaşa danışıqlar bu dövlətlərin nümayəndələri tərəfindən elan olunacaq:

“Onu deyə bilərəm ki, Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin razılaşdırması ilə ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar aparmaq, Dağlıq Qarabağ məsələsini müzakirə etmək üçün regiona səfər etməyi planlaşdırırlar. Hələlik tarixlər müəyyənləşdirilir, dəqiq məlumat veriləcək”.




  Yayım tarixi :03 Oktyabr 2019   17:42

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .