XƏBƏR
15:15

  Formula 1 Azərbaycan Qran-Prisinin biletlərinin satışına oktyabrın sonunda start veriləcək

Gündəm

Xəbər lenti

Gələn il keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin biletlərinin satışına oktyabrın sonunda start veriləcək.


Agyol.az xəbər verir ki, bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai oktyabrın 3-də jurnalistlərə deyib.

N.Arpadarai bildirib ki, gələn il Formula 1-in 70, Azərbaycan Qran-Prisinin 5 illiyidir. Bununla əlaqədar bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Çalışmalıyıq ki, KİV-lərdə yarışın idman yönü ilə yanaşı, iqtisadi, sosial, mədəni və s. tərəfləri də daha aydın və ətraflı təbliğ olunsun.

BŞH təmsilçisi gələn il Azərbaycan Qran-Prisinin iyunun 5-7-də keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.




  Yayım tarixi :03 Oktyabr 2019   15:15

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .