XƏBƏR
11:34

  “İstedadlar sorağında” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Gündəm

Xəbər lenti
Xaçmaz Regional Mədəniyyət İdarəsi və Yeni Azərbayca Partiyası Xaçmaz rayon təşkilatının təşkilatçılığı ilə keçirilən “İstedadlar sorağında” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Agyol.az xəbər verir ki, Xaçmaz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən yekun tədbirdə şimal rayonlarında ilk seçim turunda uğur qazanan iştirakçılar 6 nominasiya üzrə çıxış ediblər. Yeniyetmə və gənclər bədii qiraət və şer, mahnı ifaçılığı, tədbir aparıcısı, musiqi alətləri ifaçısı, rəqs ifaçılığı həmçinin aktyorluq bacarıqlarını göstəriblər.

Yekunda münsiflər heyətinin qiymətləndirməsinə əsasən hər bir nominasiya üzrə ilk 3 yeri tutan iştirakçılar fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd regionda mədəniyyət və incəsənətin ayrı-ayrı növləri üzrə istedadlı yeniyetmə və gənclərin üzə çıxarılması, onların yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsinə dəstək verilməsidir.

Tədbir mükafatlandırma mərasimindən sonra regionun incəsənət ustalarının ifaları ilə davam edib.




  Yayım tarixi :03 Oktyabr 2019   11:34

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .